Niyyətin hara yerin ora...

 

30 yaşlı doğma kollektivə ürək sözü

 

Mədəniyyət sahəsinə bağlı olan ailədə dünyaya göz açmışam. Atam əmim 10 ilə yaxın musiqi müəllimi kimi fəaliyyət göstəriblər. Deyirlər, övlad ailədə gördüyünü götürər. Mən kiçik yaşlarımdan mədəniyyət yönlü fəaliyyət sahəsini seçəcəyimi düşünürdüm. Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinə qəbul olunmağım məni arzularıma daha da yaxınlaşdırırdı. Tələbəlik dövründə mədəniyyətlə bağlı nəşrləri, o cümlədən Mədəniyyət qəzetini oxuyurdum. gizlədim, zamansa bu qəzetdə çalışmaq da fikrimdən keçirdi...

 

Artıq universiteti bitirirdim. Diplom işini təhvil vermişdim. Bir gün Mədəniyyət qəzeti redaksiyasına üz tutdum. Baş redaktorun qapısını döydüm. Baş redaktor mədəniyyətin hansı sahəsinə maraq göstərdiyimi soruşdu, qəzetin prinsipi, əhatə etdiyi sahələr barədə məlumat verdi. Mən ali təhsil aldığım ixtisas üzrə kitabxana nəşriyyat işi sahəsinə bələd olduğumu daha çox bu istiqamətdə yazmaq istədiyimi bildirdim. Bir müddət sərbəst yazılar yazdım, tədbirlərdən informasiya hazırladım. Beləcə, mən Mədəniyyət kollektivinin üzvü oldum.

 

2019-cu ilin 31 may tarixini heç vaxt unutmayacağam. Həmin gün müxbir kimi ilk dəfə bir tədbirə gedirdim. Heç ağlıma gəlməzdi ki, qəzet üçün ilk yazım böyük satirik şair maarifpərvər Mirzə Ələkbər Sabirlə bağlı olacaq. Bir gün əvvəl şairin doğulduğu Şamaxıda ənənəvi Sabir poeziya günlərinin açılış mərasimi keçirilmişdi. Sonra tədbirlər paytaxtda davam etmişdi. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Sabir poeziya günlərinin bağlanış mərasimi gerçəkləşirdi. Böyük həyəcan sevinclə bu poeziya gecəsinə qatıldım. Tədbirdən material hazırlayıb redaktora təqdim etdim.

 

Xəbəri qəzetin səhifəsində görəndə sevincimin həddi-hüdudu yox idi. İşdən evə gedəndə ilk yazımın olduğu qəzetin bir nüsxəsini özümlə götürmüşdüm. Avtobus dayanacağından evimizədək təxminən bir kilometrlik yolu necə qət etdiyimi bilmədim...

 

Qəzetdə fəaliyyətə başladığım ilk günlərdən təcrübəli həmkarlarım öz köməyini məndən əsirgəmədilər. Deyirdilər ki, bu yolu seçmisənsə, öz üzərində səylə çalışmalısan. Etiraf edim ki, bu tövsiyələr köməyimə çatdı, həmçinin qəzetdə dərc olunan əvvəlki yazılardan bəhrələnməyə çalışdım.

 

Deyirlər, həyatda xoşbəxt insanlar həm sevdiyi məsləyə qulluq edənlərdir. Çox şadam ki, mən əmək fəaliyyətimə bu il 30 yaşını qeyd edən Mədəniyyət qəzetində başladım iki ildir bu kollektivin üzvüyəm. Yubiley münasibətilə bütün həmkarlarımı qəzetimizin dəyərli oxucularını təbrik edirəm. Mədəniyyətə daha böyük yubileylər arzusu ilə

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2021.- 19 fevral.- S.7.