Süleyman Rüstəm və Bəxtiyar Vahabzadənin şeirləri Rusiya portalında

 

 

Rusiyanın populyar “45-ci paralelelektron ədəbiyyat almanaxı Azərbaycanın Xalq şairləri Süleyman Rüstəmin və Bəxtiyar Vahabzadənin yaradıcılığına yer ayırıb.

 

Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində ədəbiyyat portalında hər iki şairin şeirləri, yaradıcılıqları haqqında məlumat verilib.

 

Qeyd edək ki, “45-ci paralelelektron ədəbiyyat almanaxında mütəmadi olaraq Yohann Höte, Vladimir Nabokov, Boris Pasternak, Osip Mandelştam kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığına diqqət ayrılır.

 

Elektron ədəbiyyat almanaxında S.Rüstəmin və B.Vahabzadənin şeriləri Azərbaycan ədəbiyyatının görkəmli təbliğatçısı Vladimir Qafarovun tərcüməsində verilib.

 

 

Mədəniyyət.- 2021.- 19 fevral.- S.8.