Qarabağa sevginin ritmləri

 

 

Ədalətsizliyə qarşı mübarizənin yaratdığı musiqidir rep. Bir çox məqamlarda onu adiləşdirmək, musiqi janrı kimi sıxışdırmaq istəsələr də o, insanlarıın, xüsusən də azad ruhlu gəncliyin özünüifadə  formasına çevrildi.

 

Bu janrda Qarabağ həqiqətlərinii, Azərbaycan xalqının haqq mücadiləsini ehtiva edən nümunələr də çox olub. Elə götürək vaxtilə məşhur “Dəyirman”da üyüdülən “Ya Qarabağ, ya ölüm!” adlı nümunəni.

 

Haqq savaşımızın bu musiqi formasında carçıları arasında Mehmet Borukçu adlı türkiyəli qardaşımız da var. “Bəlkə Qarabağ əsgərinin ayağındakı toz ola bilmərəm, amma ən azından ayağındakı tozu buradakı gənc nəslə danışmalıydım” deyib yaşadığı Almaniyadan dünyaya Qarabağ həqiqətini, haqlı mübarizəmizi çatdırmaqdadır. Özübunu hər hansı dəstək olmadan, sadəcə, qardaşlıq sevgisi və yanğısı ilə edir.

 

Son olaraq Azərbaycanın Milli Qəhrəmanı, hər birimizin adını qürurla andığımız Mübariz İbrahimova həsr etdiyiMübariz” mahnısı, “Ürəyimdə sızısan, can Mübariz, Yaşıl, mavi, qırmızısan, qan Mübariz” misraları ilə qaldı. Sözləri şair Süleyman Çobanoğlu ilə birlikdə yazılan “Mübarizadlanan bu repin izi ilə onun Qarabağ mövzusundakı mahnılarını və bütünlükdə mövzuya münasibətini öyrənmək üçün sosial şəbəkə hesabı üzərindən qısa söhbət etdik.

 

Reperin İkinci Qarabağ müharibəsi günlərində yazdığı “Vur, hadi, Qarabağ”, “İlle de Azerbaycan” və “Azad Şuşakimi repləri də “Youtube” kanalında və digər platformalarda sürətlə yayılmaqdadır.

 

Deyir “Şəhid Mübariz haqqında yazmaq hər gerçək türkün müqəddəs vəzifəsidir.  Çünki ossenari, nə roman, nə əfsanə yox, müasir dövrün real qəhrəmanıdır. Xocalının, orada öldürülən uşaqların, qadınların, əli silah görməyən, ayağında ayaqqabısı belə olmadan meşələrdə, daşlarda, buzlar üzərində donan, ölən, öldürülən insanların intiqam ruhudur  Mübariz”.

 

Mehmet bəy nəinki Azərbaycanı, bütünlükdə Turan ellərini sevdiyini və təəssübünü çəkdiyini də əlavə edir.

 

Qarabağda olmaq, onun həqiqətlərini əks etdirən mahnılarına orada yeni kliplər çəkmək, Şuşanı dolaşmaq arzusu ilə yaşayan sənətçinin əsas amalı bu mübarizənin əsas meydanından dünyaya səslənməkdir: “27 il bu torpaqlar işğal altında qaldı. İndi Qarabağ azaddır. Orada olan incidilmiş ruhlar yəqin xoşbəxtdirlər. Doğrudur, Birinci Qarabağ savaşından dünya o qədər də xəbərdar deyildi. Heç bu müharibədə də dünyanın bəzi  demokratiya ilə öyünən ölkələri gözlərini, qulaqlarını qapadılar. Azərbaycan nə etdi? Öz haqqını aldı. Doğrudur, canlar getdi, yüzlərlə cavanın ömrü yarıda qırıldı, yenə gözləri qanlı yaş bürüdü. Amma şükür ki, bu dəfə Zəfər çalındı. Fateh, döyüşçü ruhu düşməni məhv elədi. Azərbaycanın əsgəri öz torpaqlarından düşmənləri qovdu. Mübariz kimi yeni-yeni qəhrəmanlar yarandı. Yaranacaq da. Çünki bu xalqın, bu ulusun canında, qanında igidlik, qəhrəmanlıq var. Özü də haqqı deyən və müdafiə edən qəhrəmanlıq”.

 

Türk dünyasını gəzib-dolaşmaq istəyən sənətçinin ilk ünvanı da Şuşa olacaq: “Şuşa Qarabağ mədəniyyətinin beşiyidir. Hesab edirəm ki, dünyanın bütün türk uşaqları Qarabağa getməlidir. Oranın necə möcüzə bir torpaq olduğunu görməlidir. Onun üçün uzun illər yorulmadan mübarizə aparan, onun üçün sevərək şəhadətə qovuşanlar elə o torpaqlarda anılmalıdır. “Azad Şuşa” mahnımda da  Şuşanın azadlığı və ona doğru gedəcəyimdən bəhs etdim. Bu gün Şuşanın türk dünyası üçün əhəmiyyəti önəmlidir və mən bu mahnını Şuşa üçün yazdım”.

 

Azərbaycanla əlaqəli əsərlərinin daha çox olacağını, yeni mahnılar yaradacağını deyən musiqiçi azərbaycanlı həmkarları ilə birlikdə çalışmaq istədiyini də dilə gətirdi: “Mənim etdiyim o qəhrəmanların  etdiklərinin yanında heç nədir. Əsas məsələ isə o qəhrəmanların yanında olmaqdır. Almaniyada edə bildiyimiz ən az olan şey bu əsəri hazırlamaq idi. Bu mahnıları bütün türk dünyasının uşaqları üçün hazırladım. Uşaqlarımız bir-birini tanımalı, öz tarixini bilməlidir”.

 

HƏMİDƏ

 

Mədəniyyət.- 2021.- 19 fevral.- S.1;2.