Ana dilimöz dilim

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Uşaq şöbəsinin təşkilatçılığı ilə 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunanAna dilimizi sevək və qoruyaq” adlı videokonfrans keçirilib. Əlamətdar günlə bağlı videoçarx nümayiş olunub.

 

***

 

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş rayon MKS-nin oxu zalında pandemiya şəraitinin tələblərinə əməl etməklə “Ana dilimöz dilimmövzusunda dəyirmi masa keçirilib. MKS-nin direktoru Seyfəddin Feyzullayev Beynəlxalq Ana Dili Gününün yaranma tarixindən və əhəmiyyətindən danışıb.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon Mərkəzi kitabxanası və rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə “Dil hər bir xalqın milli kimliyidir” adlı videokonfrans keçirilib.

 

Oğuzun Qumlaq kənd  kitabxanasında isə Beynəlxalq Ana Dili Günü münasibətilə kompozisiya təşkil edilib.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanası “Dilimizi qorumaq müqəddəs borcumuzdur” adlı onlayn tədbir keçirib.

 

Qazax rayon Mədəniyyət Mərkəzi, Tovuz rayon Heydər Əliyev Mərkəzi və Tovuz rayon MKS də əlamətdar günlə bağlı onlayn tədbirlər təşkil ediblər.

 

***

 

Masallı Regional Mədəniyyət İdarəsi Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Ana dilimiz milli-mənəvi sərvətimizdir” mövzusunda onlayn tədbir keçirilib.

 

***

 

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər MKS-nin 16 saylı kitabxana filialı birgə “Azərbaycan dili milli varlığımızın aynasıdır” mövzusunda onlayn tədbir keçirib.

 

Regional idarənin əhatə etdiyi Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı, Kəlbəcər rayon MKS-nin Allıkənd kənd kitabxanası, Samux rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi və Goranboy rayon Mərkəzi kitabxanası da Beynəlxalq Ana Dili Günü münasibətilə müxtəlif onlayn tədbirlər təşkil ediblər.

 

 

Mədəniyyət.-2021.- 24 fevral.- S.3.