Vətən qəhrəmanları

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin əməkdaşları Vətən müharibəsi qazisi Fuad Becanov və torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına şəhid olmuş baş leytenant İsmət Hacıyevin ailəsi ilə görüşüblər.

 

Quba rayon MKS-nin Qonaqkənd, Barlı qəsəbə, Qımıl, Ağbil, Güləzi, Əliməmmədoba, Şuduq, Talabıqışlaq kənd kitabxana filiallarının əməkdaşları tərəfindən şəhid ailələri ilə görüşlər keçirilib, qazilər ziyarət olunaraq onlara mənəvi dəstək göstərilib.

 

***

 

Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları rayon sakinləri, Vətən müharibəsi qaziləri Hacı OrucovVüqar İsaqlını ziyarət ediblər.

 

Zərdab rayon MKS-nin Mərkəzi kitabxanasında Süleyman Tarverdi və Lümunə Mirzəliyevanın müəllifi olduqları Zərdablılar Vətən uğrunda kitabının təqdimatı olub. MKS-nin direktoru Nailə Əliyeva kitabın 1-ci və 2-ci Qarabağ müharibəsində şəhid və qazi olan zərdablı gənclərə həsr olunduğunu qeyd edib.

 

***

 

Kürdəmir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Füzuli rayon Aşağı Yağlıvənd kənd Mədəniyyət evinin işçiləri Vətən müharibəsi şəhidləri Zamin Rüstəmov, Sərhəd HüseynovSehriman Əliyevin ailələrini ziyarət ediblər.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin kollektivi Vətən müharibəsi şəhidi Şahmar Soltanlının məzarını ziyarət edib.

 

Şəki MKS-nin direktoru Seyid Vahabov və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin sədri Rəhman Məmmədov Vətən müharibəsinin şəhidi Sakit İsmayılovun ailəsi ilə görüşüblər.

 

Balakən Rayon Tarix-Diyarşunaslıq Muzeyinin bir qrup əməkdaşı Vətən müharibəsi şəhidi Qurban Hacıyevin ailəsini ziyarət edib, maddi və mənəvi dəstək göstəriblər. Rayonun Kortala kənd Diyarşünaslıq evinin kollektivi isə şəhid Xəqani Nəsibovun ailəsini ziyarət edib.

 

Qax rayon Cəlayer kənd kitabxanasının əməkdaşları Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Təbriz Rəsulzadənin valideynlərinə baş çəkərək ailənin qayğıları ilə maraqlanıblar.

 

Zaqatalanın Car kənd kitabxana filialının təşəbbüsü ilə Vətən müharibəsinin qazisi Elxan Arasovla görüş təşkil olunub.

 

***

 

Xəbər verdiyimiz kimi, Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbində Vətən müharibəsində qəhrəmanlığı və Vətən yaxşıdır təsnifinin gözəl ifası ilə dillərdə dastana dönən Azərbaycan Bayrağı ordenli şəhid gizir Xudayar Yusifzadənin büstü qoyulub. Mərasimdə regional idarənin rəhbərliyi, şəhidin ailə üzvləri, müəllimləri və döyüş yoldaşları iştirak edib.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzi filiallarının əməkdaşları Vətən müharibəsi qaziləri Nurlan Məmmədov və Samir Mirzəyevin evlərində olublar.

 

***

 

Sabirabad Regional Mədəniyyət İdarəsinin əməkdaşı Mirtale Ağazadə Sabirabad rayon Xankeçən kənd sakini, Vətən müharibəsi qazisi Natiq Dadaşovla görüşüb.

 

Sabirabad rayon Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan mədəniyyət işçilərinin fotolarından ibarət sərgi açılıb.

 

Mədəniyyət.-2021.- 24 fevral.- S.3.