Yuta ştatının qanunverici məclisi önündə Xocalıya həsr edilən sərgi

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Yuta-Azərbaycan İcmasının nümayəndəsi Faiq Səfərlinin təşkilatçılığı ilə ABŞ-ın Solt Leyk Siti (Salt Lake City) şəhərinin mərkəzində Ц Yuta ştatının qanunverici məclisi Ц Kapitol binası qarşısında Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar açıq havada sərgi keçirilib.

 

Komitədən verilən məlumata görə, sərgidə 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı birləşmələrinin keçmiş Sovet Ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Xocalı şəhərini işğal edərkən dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməsini əks etdirən məlumat və fotoşəkillər yer alıb. Qəddarcasına həyata keçirilən hərbi cinayət zamanı 613 nəfər (o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca) azərbaycanlının qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyinin bu günədək naməlum qaldığı nəzərə çatdırılır.

 

Sərgi ərazidən keçən yerli sakinlərin diqqətini cəlb edib. Onlar fotoşəkillərə baxaraq Xocalı faciəsi barədə məlumat alıblar. Sərgi ilə maraqlananlar arasında Yuta ştatının qubernatoru Spenser Koks da olub. O, soydaşlarımıza bildirib ki, Minnesota ştatının qubernatoru Tim Ceyms Uolzun 26 fevralın Azərbaycan Günü elan edilməsi ilə bağlı bəyannamə imzalamasından xəbərdardır.

 

Sərginin fevralın 26-dək Solt-Leyk-Siti şəhərinin müxtəlif yerlərində nümayiş etdirilməsi nəzərdə tutulur.

 

Mədəniyyət.-2021.- 24 fevral.- S.8.