Nizaminin 880 illiyi münasibətilə İspaniyada poçt markası buraxılıb

УNizami Gəncəvi İliФ çərçivəsində Azərbaycanın İspaniyadakı Səfirliyinin təşəbbüsü ilə bu ölkənin Dövlət PoçtTeleqraf Cəmiyyəti tərəfindən dahi Azərbaycan şairinin 880 illiyinə həsr edilmiş xüsusi poçt markası hazırlanıb.

 

Üzərində böyük söz ustadı Nizami Gəncəvinin təsvirini əks etdirən poçt markaları bütün İspaniya ərazisində dövriyyəyə buraxılıb.

 

Səfirlik tərəfindən bundan öncə də İspaniyada Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq, nasirpublisist Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyi və Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının iştirakçısı, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş xüsusi poçt markaları çap etdirilib.

 

 

Mədəniyyət.-2021.- 24 fevral.- S.8.