Qarabağ abidələri onlayn rəsm və əl işləri müsabiqəsi

 

Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə Qarabağ abidələri respublika onlayn rəsm və əl işləri müsabiqəsinə start verilib. Aprelin 22-dək davam edəcək müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərdə Vətənə, torpağa məhəbbət hissini artırmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək, Qarabağ abidələrini gənc nəslə tanıtdırmaq, istedadlı uşaqları üzə çıxarmaqdır.

 

Müsabiqə 3 yaş qrupu (8-10, 11-14,15-17), rəsm və əl işləri (maketlər) nominasiyaları üzrə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilir. Müsabiqəyə rəsm, tətbiqi sənət və əl işləri sahələri üzrə müəllimlər də dəvət olunurlar.

 

Rəsm və əl işlərinin fotosu [email protected] elektron ünvanına göndərilməlidir.

 

Müsabiqə üç mərhələdə keçilir. Yekun mərhələdə hər yaş qrupu üzrə bir iştirakçı və bir müəllim Qran-pri mükafatı, digər fərqlənənlər diplomsertifikatlarla təltif olunacaq, qalib işlər sosial şəbəkələrdə geniş işıqlandırılacaq.

 

Müsabiqə ilə bağlı sual yarandığı halda +994124215466 və +994124214191 telefon nömrələri ilə əlaqə saxlamaq olar.

 

Mədəniyyət.- 2021.- 26 fevral.- S.4.