Sözün nizamı

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı Sözün nizamı adlı festival keçirir. Kollektivin Bir teatr, bir festival layihəsi çərçivəsində reallaşdırdığı sayca beşinci festivalı dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.

 

Festivalda Bakı Uşaq və Gənclər Teatrının aktyorları Nizami poeziyasından nümunələrlə çıxış edəcək. Aktyorlar tərəfindən təqdim olunan videomateriallar mart ayının 3-dək Bakı Uşaq və Gənclər Teatrının Youtube kanalında yerləşdiriləcək. Bədii qiraət festivalının nəticələri onlayn səsvermə əsasında dəyərləndiriləcək.

 

Festivala 10 mart Milli Teatr Günündə yekun vurulması nəzərdə tutulub.

 

Mədəniyyət.- 2021.- 26 fevral.- S.7.