Şəhidlik zirvəsində

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon MKS-nin 2 nömrəli filialı Şəhidlik zirvəsi layihəsi üzrə 2020-ci ilin Vətən müharibəsində qəhrəmancasına həlak olmuş Sənan Vidadi oğlu Hüseynova həsr olunmuş videoçarx hazırlayıb.

 

İdarədən bildirilib ki, kitabxananın sosial şəbəkə hesablarında izləyicilərə təqdim edilən videoçarxda şəhidin həyatı və keçdiyi döyüş yolu haqqında məlumat verilib.

 

Qeyd edilir ki, 1996-cı il aprelin 1-də Qazaxıstanın Aktau şəhərində anadan olan Sənan əslən Füzuli rayonunun Qacarlar kəndindəndir. 2008-ci ildə ailəsi ilə birlikdə Azərbaycana gəldikdən sonra Bakı şəhəri Xəzər rayonu 149 nömrəli tam orta məktəbdə təhsilini tamamlayıb. 2014-cü ildə hərbi xidmətə gedib. Kəşfiyyat bölüyündə qulluq edib. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub.

 

2020-ci ilin 27 sentyabrında II Qarabağ müharibəsi başlananda Sənan Hüseynov da hərbi səfərbərliyə cəlb olunub, cəbhəyə yollanıb. Müxtəlif istiqamətlərdə döyüşüb, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

Mədəniyyət.- 2021.- 26 fevral.- S.6.