Milli Kitabxananın Xocalı 29 adlı virtual sərgisi

 

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Xocalı 29 adlı virtual sərgi hazırlanıb.

 

Kitabxanadan bildirilib ki, virtual sərgidə Xocalı faciəsi haqqında kitab dövri mətbuat materialları, fotoşəkillər nümayiş olunur.

 

Virtual sərgidə diqqətə çatdırılır ki, 1992-ci ilin 26 fevralında erməni silahlı qüvvələrinin Xocalıda həyata keçirdiyi soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bu faciə iki yüz ilə yaxın müddətdə erməni şovinistləri tərəfindən azərbaycanlılara qarşı aparılan etnik təmizləmə qırğın siyasətinin davamı ən qanlı səhifəsidir.

 

Virtual sərgi ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:

 

http://anl.az/el/vsb/Xocali_soyqirimi_29/index.htm

 

Mədəniyyət.- 2021.- 26 fevral.- S.3.