Abdulla Şaiqin 140 illiyi münasibətilə

 

Bu il XX əsr Azərbaycan uşaq ədəbiyyatı xəzinəsini zənginləşdirən görkəmli ədib, maarifpərvər Abdulla Şaiqin 140 illik yubileyidir. Abdulla Şaiq dramaturq, nasir, şair, ədəbi tənqidçi olmaqla yanaşı, eyni zamanda Azərbaycan ədəbiyyatı tarixinin tədqiqatçılarından olub.

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Abdulla Şaiq 140 adlı virtual sərgi hazırlanıb.

 

Kitabxanadan bildirilib ki, virtual sərgidə Abdulla Şaiqin həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu və haqqında yazılan kitab və məqalələr təqdim olunur.

 

Respublikamızda uşaq ədəbiyyatının yaradıcısı hesab edilən Abdulla Şaiqin çoxşaxəli ədəbi-bədii yaradıcılığı yalnız uşaq əsərləri ilə məhdudlaşmayıb. O, həmçinin Əsrimizin qəhrəmanları, Araz kimi romanların, pyeslərin də müəllifidir. Onun zəngin yaradıcılığı daima böyük maraq olub.

 

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Abdulla_Saiq_140/index.htm linkindən istifadə edə bilərlər.

 

Mədəniyyət.- 2021.- 26 fevral.- S.4.