Uşaqların sevimli ədibi

 

 

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan uşaq ədəbiyyatının banilərindən olan  Abdulla Şaiqin (1881-1959) anadan olmasının 140 illiyi münasibətilə virtual kitab sərgisini istifadəçilərin ixtiyarına verib.

 

Virtual sərgidə yer alan kitablar 1927-2018-ci illəri əhatə edir. Sərgidə ümumilikdə tam mətnli 41 kitab təqdim olunur. Onlardan 20-si kitabxananınqızıl fond”unda saxlanılan kitablardır. Bu sırada uşaqların sevimli ədibinin sağlığında işıq üzü görmüşTülkü həccə gedir” (1927), “Gözəl Bahar” (1940), “Nağıllar” (1945) digər kitablar var.

 

Virtual sərgidə Abdulla Şaiqin rus dilində çap olunmuş 4 kitabı da təqdim olunub: “Èçáðàííîå” (1959), “Âîò ìû êàêèå” (1984), “Ïèñüìî íå äîøëî” (1984), “Paññêàçû” (1991).

 

İstifadəçilər aşağıdakı link vasitəsi ilə virtual sərgi ilə tanış ola bilərlər.

 

http://clb.az/abdulla-aiq_d3088.html

 

Mədəniyyət.- 2021.- 26 fevral.- S.4.