Nizami Gəncəvi İli münasibətilə

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS-nin kənd kitabxana filialları dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə videoçarxlar hazırlayıblar.

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Qorxmazoba kənd kitabxanasının təşkilatçılığı ilə açıq havada oxu günü təşkil edilib. MKS-nin Paşaoba kənd kitabxana filialı isə Nizami Gəncəvi 880 adlı tədbir keçirib.

 

Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon Şirvanlı kənd kitabxanasında kiçikyaşlı oxucular üçün oxu saatı təşkil edilib. Tədbirdə kitabxananın fəal oxucuları tərəfindən Nizaminin poemalarından müvafiq olaraq İlin fəsilləri, Hind gözəlinin dastanı, Xeyir və Şər, Nuşirəvanla vəziri və bayquşların söhbəti hekayələri səsləndirilib. Zaqatala rayon Kəpənəkçi kənd kitabxanasında 2021-ci il Nizami Gəncəvi İlidir adlı müzakirə saatı keçirilib. Balakən rayon Mahamalar kənd Folklor evində Xosrov və Şirin poemasının təhlili aparılıb.

 

NURƏDDİN

Mədəniyyət.- 2021.- 7 iyul. S. 4.