Ədəbiyyat İnstitutu ilin birinci yarısının yekunlarını müzakirə edib

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi şurasının 2021-ci ilin birinci yarısının yekunları ilə bağlı iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb. Akademik bildirib ki, Azərbaycan ədəbiyyatı tarixi oncildliyinin dördüncü cildi nəşr edilib. Bundan başqa, Türkiyədə yayımlanan Qardaş qələmlər dərgisinin bir sayı Nizami Gəncəviyə həsr olunub.

Qarabağ Zəfərinin ildönümünə hazırlıq və görkəmli ədəbiyyatşünas alim Abbas Zamanovun 110 illik yubileyinin qeyd edilməsi məsələləri müzakirə olunub.

Elmi katib, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli Ədəbiyyat İnstitutunun 2021-ci il üzrə yarımillik elmi hesabatını, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova aidiyyəti sahə üzrə yarımillik hesabatı təqdim edib.

 

Mədəniyyət.- 2021.- 7 iyul. S. 2.