Zəhmətin axırında rahatlıq var, şadlıq var...

 

Nizami sözündən incilər

 

Nizami Gəncəvinin Xəmsəsi dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Xəmsəyə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. Nizami Gəncəvi İli qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

 

Nizami sözündən incilərdə dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.

 

Vəhşi ilə dost olsa insan dünyada,

Vəhşi adətincə ömr edər o da.

 

(Leyli Məcnun)

 

Dünyada xoşbəxtdir yalnız o kəslər

Ki, öz çörəyini dostlarla yeyər.

 

(İsgəndərnamə İqbalnamə)

 

Çalış, ayağına tikan batsa da,

Tənə bəhanəsi olmasın yada.

Bu deməsin: ömrün yetibdir başa,

O gülməsin: başın dəyibdir daşa.

 

(Yeddi gözəl)

 

Zəhmətdən fəryad etmə, olsun qoy səndə qərar,

Zəhmətin axırında rahatlıq var, şadlıq var.

 

(Sirlər xəzinəsi)

 

Dünyada zülm etmək qoçaqlıq deyil,

Rəiyyət bəsləmək çox yaxşıdır, bil.

 

(XosrovŞirin)

 

Qan ilə islanmış zülmkar başdan,

Şübhə yox, yaxşıdır başsız bir insan.

 

(İsgəndərnamə Şərəfnamə)

 

 

Mədəniyyət.- 2021.- 7 iyul. S. 7.