Milli Kitabxana Aşıq Ələsgər haqqında elektron məlumat bazası hazırlayıb

 

Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb.

 

Mədəniyyət Nazirliyinin yubileylə bağlı tədbirlər planına uyğun olaraq, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Ustad sənətkar Aşıq Ələsgər” adlı elektron məlumat bazası hazırlanıb.

 

Elektron məlumat bazası “Rəsmi sənəd”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Ələsgərəm, hər elmdən halıyam”, “Görkəmli şəxsiyyətlər Aşıq Ələsgər haqqında”, “Aşıq Ələsgərin söz xəzinəsindən incilər”, “Aşıq Ələsgərin sözlərinə yazılmış musiqi əsərləri”, “Əsərləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Videoqalereya” bölmələrindən ibarətdir.

 

Elektron məlumat bazası ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/emb/A.Elesger/index.html

 

Mədəniyyət.- 2021.- 7 iyul. S. 7.