Milli Xalça Muzeyinin Kazanda sərgisi

 

Xalça sənəti mənaların təkamülü

 

İyulun 7-də Rusiya Federasiyasının Tatarıstan Respublikasında Kazan Kremli Muzey-Qoruğunda Xalça sənəti mənaların təkamülü adlı sərgi açılıb.

 

Tatarıstan paytaxtında ilk dəfə olaraq Azərbaycan xalçaçılığına, onun ənənələrinə və müasir təcəssümünə həsr olunmuş genişmiqyaslı ekspozisiya təqdim edilib.

 

Azərbaycan xalçalarının ən dolğun kolleksiyasına malik, dünyanın bu sahə üzrə ilk ixtisaslaşmış muzeyi olan Azərbaycan Milli Xalça Muzeyi XIX əsrin sonu XX əsrin əvvəllərində toxunmuş ecazkar klassik xalça nümunələrini nümayiş etdirir. Onların hər biri ornament, rəng tərtibatı texniki xüsusiyyətlərinə görə müxtəlif regional ənənələri əks etdirən nümunələrdir.

 

2010-cu ildə UNESCO-nun Qeyri-maddi-mədəni irs üzrə siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənəti günümüzdə davamlı olaraq yeni yanaşmalarla zənginləşsə , qədim ənənələrini itirmədən inkişaf edirMüasir rəssamlar qədim sənətkarlığı yeni yollarla inkişaf etdirərək əsərlər yaradırlar. Bu sərgidə təqdim olunan ənənəvi Azərbaycan xalçalarını Chıngız yaradıcı təxəllüsü ilə işləyən Çingiz Babayevin müəllif əsərlərini birləşdirən bu amildir.

 

Rəssam Azərbaycan xalçaçılıq ənənələrini təhrif etmədən, müasir sənət nümunələri yaradaraq interpretasiya edir. Beləliklə, klassik əsərlər yeni müəllif xalçaları ilə qarşı-qarşıya qoyulur, bununla da məsafələri zamanı qət edərək onlarla dialoqa girir. Sərgidə nümayiş olunan Saf tarix installyasiyası sənətkar yaradıcılığının açarı ola bilər. Ornamentsiz, birrəngli, təbii yun çalarlı, tabula rasanın klassik nümunəsi olan xalça müxtəlif dövrlərin bir çox simvollarını əsrlər ötdükcə itirsə , əbədidir.

Sərgidə təqdim olunan sənədli filmdə xalçaçı rəssam tamaşaçılarla yaradıcılıq prosesinin sirlərini bölüşür, ənənəvi xalçanın fəlsəfəsindən müasir yozumundan bəhs edir.

 

Qeyd edək ki, sərginin açılışında Tatarıstan Respublikasının mədəniyyət naziri İradə Ayupova, layihənin kuratoru, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Tatarıstan Xalqlar Dostluğu Evinin direktoru İrek Şaripov, Tatarıstan Azərbaycanlıları Regional İctimai Birliyinin sədri Bəhram Mustafayev, Kazan Kremli Muzey-Qoruğunun direktor müavini Svetlana Konovalova çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.

 

Sonra qonaqlar sərgi ilə tanış olublar. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova burada nümayiş etdirilən Quba, Qazax Qarabağın ənənəvi xalçaları, onların dərin məna kəsb edən ornamentlərinin semantikaları barədə ətraflı məlumat verib. Rəssam Çingiz Babayev isə müəllifi olduğu xalçalar, onların yaranma tarixçələri prosesindən bəhs edib.

 

Xalça sənəti  mənaların təkamülü sərgisi sentyabrın 5-dək davam edəcək.

 

Mədəniyyət.- 2021.- 9 iyul. S. 1; 2.