Ünsiyyət bağları davam edir

Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin Ünsiyyət bağları: görüşlər və diskussiyalar layihəsi çərçivəsində növbəti görüş İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzdində İçərişəhər Muzey Mərkəzinin Bakı Fotoqrafiya Evində keçirilib.

Görüş iştirakçıları İordaniya dövlətinin yaradılmasının 100 illiyi münasibətilə təşkil edilmiş Əmman 100 illik yürüş adlı fotosərgi ilə tanış olublar. Görüşdə İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Asem Ğoşehiştirak edib.

Qeyd edək ki, iyulun 1-də açılan fotosərgidə İordaniyanın paytaxtı Əmman şəhərinin tarixi inkişafını təsvir edən 40 fotoşəkil yer alıb.

 

Mədəniyyət.- 2021.- 9 iyul. S. 3.