Caspian Energy Club mədəni inkişafakinematoqrafiyaya dəstək vermək istəyir

 

Caspian Energy Clubun Mədəniyyət və kinematoqrafiya üzrə komitəsi yaradılıb. Komitənin məqsədi ölkə daxilində, eləcə də ölkə hüdudlarından kənarda Azərbaycan mədəniyyətinin və kinematoqrafının inkişafında, təbliğində fəal iştirak etməkdir.

 

Caspian Energy Clubun sədri və baş icraçı direktoru Telman Əliyev bildirib ki, komitə mədəniyyət, o cümlədən kinematoqrafiya sahəsində fəaliyyət göstərən müəssisələrin iqtisadi inkişafı üçün əlverişli şəraitin, rəqabətli bazarın yaradılması və beynəlxalq əlaqələrin qurulması istiqamətində Mədəniyyət Nazirliyi və digər qurumlarla sıx əməkdaşlıq etməyi planlaşdırır.

 

Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi Nəriman Məmmədov komitənin sədri seçilib.

 

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan klubun əsas məqsədi Azərbaycanda və Caspian Energy Clubun fəaliyyət göstərdiyi digər ölkələrdə investisiyaişgüzar mühitin yaxşılaşdırılmasında, həmçinin müxtəlif formatlarda dialoqun stimullaşdırılmasında fəal iştirak etməkdir.

 

Caspian Energy Club bu istiqamətdə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Qərargahı Bakıda yerləşən Caspian Energy Clubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin müxtəlif ölkələrdə səlahiyyətli nümayəndələri var.

 

Mədəniyyət.- 2021.- 9 iyul. S. 4.