Qəbələ emalatxanasında son iki ilin ən böyük xalçası kəsilib

Azərxalça Açıq Səhmdar Cəmiyyətinin Qəbələ emalatxanasında toxunan son iki ilin ən böyük xalçası kəsilib.

 

Azərxalçadan bildirilib ki, 24 kvadratmetr (4x6) ölçüsü olan Quba məktəbinə aid xalça 57.2 kiloqramdır. Pirəbədil çeşnili xalçanın toxunmasına toxucular Aygün Nəsirova, Xatirə Şəkərxanova və Ülviyyə Sarıyeva hələ 2018-ci ilin aprel ayında başlayıblar. Ötən ilin martında başlanan COVİD-19 pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə xalçanın toxunması dayandırılıb. Bir il müddətində xalçaya güvə düşməməsi üçün müntəzəm olaraq dərmanlama prosesi aparılıb. 2021-ci ilin aprel ayından istehsalatın bərpa olunması ilə əlaqədar xalçanın toxunuşu davam etdirilibiyul ayında xalça kəsilərək dəzgahdan götürülüb.

 

Böyük ölçülü xalçaları toxucular adətən 1 il 1 il 3 ay müddətində toxuyurlar.

 

Xatırladaq ki, Azərxalçanın emalatxanalarının hər birində xalçalara baxmaq və əldə etmək imkanı mövcuddur.

 

Mədəniyyət.- 2021.- 9 iyul. S. 5.