“Azərbaycanın tədqiqatçı alimləri” seriyasından növbəti biblioqrafiya

 

Milli Kitabxananın “Azərbaycanın tədqiqatçı alimləri” seriyasından tərtib etdiyi növbəti biblioqrafiya ədəbiyyatşünas, publisist, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Teymur Əhmədovun (1930–2021) anadan olmasının 90 illiyinə həsr edilib.

Biblioqrafiya 1957-2021-ci illəri əhatə edir. Azərbaycan, rus və digər dillərdə ədəbiyyatı əhatə edən göstəricidə Teymur Əhmədovun əsərləri – kitabları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, habelə həyat və yaradıcılığını əks etdirən zəngin material toplanıb.

Biblioqrafik göstəricidə materiallar xronoloji prinsip əsasında qruplaşdırılıb, daxildə əlifba sırası gözlənilib.

Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə sonda Teymur Əhmədovun əsərlərinin və haqqında yazan müəlliflərin əlifba göstəriciləri tərtib edilib.

Biblioqrafiya ədəbiyyatşünaslar, tədqiqatçılar, jurnalistlər, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Biblioqrafik göstərici ilə bu linkdə tanış olmaq olar: http://anl.az/down/Teymur_Ehmedov.pdf

 

Mədəniyyət.- 2021.- 9 iyul. S. 7.