Müxtəlif səpkili tədbirlər

 

Sumqayıt Regional Mədəniyyət İdarəsi Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşları bir qrup rəssam paytaxtın Sabunçu rayonunun Balaxanı qəsəbəsində olub. Rəssamlar ötən il qədim qəsəbədə aparılan bərpa quruculuq işləri ilə maraqlanıb, tarixi memarlıq nümunələrini yağlı boya ilə kətan üzərinə köçürüblər.

Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova, Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin direktoru Şəmsiyyət Əsgərova Uşaq incəsənət məktəbinin direktoru Eldar Rəcəbov mədəni irsin qorunmasında xidmətlərinə görə şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tərəfindən fəxri fərmanla təltif olunublar. Fəxri fərmanlar Şəki Xan sarayı şəhərin mərkəzi hissəsinin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin ildönümü münasibətilə keçirilmiş tədbirdə təqdim olunub. Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin müəllim şagirdləri Balakən şəhərində yeni istifadəyə verilmiş Uşaq incəsənət məktəbində hesabat konserti ilə çıxış ediblər. Şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri – Melisa Məcidova, Əfsanə Lətifova, Nübar Əbdürrəhmanova, Günel Nəsibli Aişə Fətəliyeva Bakı Musiqi Akademiyası məktəb-studiyasının 40 illik yubileyinə həsr olunmuşMüxtəlif ölkələrin musiqi ədəbiyyatını öyrənirikadlı müsabiqədə laureat diplomant adını qazanıblar.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Zərdabi qəsəbə kitabxanası Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuşƏləsgər yaradıcılığıadlı tədbir keçirib.

Zaqatala rayon MKS-nin Kəpənəkçi kənd kitabxanasının həyətindəaçıq kitabxana günükeçirilib. Qax rayonu Əmbərçay kənd kitabxanası Oğuz rayon MKS-nin Böyük Söyüdlü kənd kitabxanası isənağıl saatıtəşkil edib.

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxanasının oxu zalıYüksək mədəniyyətli insan Azərbaycanın gələcəyimövzusunda kulturoloq Fuad Məmmədovla onlayn görüş keçirib. MKS-nin 7 saylı kitabxana filialı Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir rayon Heydər Əliyev MərkəzinəMuzeyləri tanıyaq tanıdaqlayihəsi çərçivəsində onlayn ekskursiya təşkil edib. Goranboy rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi kiçikyaşlı uşaqların iştirakı iləBalacaların nağıl dünyasıadlınağıl saatıtəşkil edib.

Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsiNağıllar aləminə səyahətadlı səyyar sərgi təşkil edib.

Lənkəran Regional Mədəniyyət İdarəsi Lənkəran şəhər Mərkəzi Kitabxanasında Aşıq Ələsgərin 200 illiyi münasibətilə tədbir keçirilib.

 

NURƏDDİN

Mədəniyyət.- 2021.- 14 iyul. S. 3.