XIII-XIV əsrlər Azərbaycanda elm mədəniyyət

 

Farsdilli mənbələr əsasında

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun Tarixşünaslıq mənbəşünaslıq şöbəsinin əməkdaşı Elxan Quliyevin XIII-XIV əsrlər Azərbaycanda elm mədəniyyət (farsdilli mənbələr əsasında) kitabı çap olunub.

 

Kitabın elmi redaktoru institutun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylidir.

 

Nəşrin məqsədi XIII-XIV əsrlərdə farsdilli qaynaqlarda Azərbaycanın elm mədəniyyət tarixinə dair məlumatları üzə çıxarmaq, habelə müasir tədqiqat əsərlərindən faydalanaraq həmin dövrlərdə Azərbaycanın elm mədəniyyət tarixini işıqlandırmaqdır. Bəhs olunan dövrlərdə fars dilində yazılan tarixi mənbələrdə Azərbaycan elm mədəniyyət tarixinə dair məlumat faktlar kitabın əsasını təşkil edir.

 

Kitab XIII-XIV əsrlərdə Azərbaycanda mənəvi mədəni həyat, dini görüşlər, bayramlar, toy yas mərasimləri, elm mədəniyyət ocaqları, kitabxanalar, səhiyyə, humanitar, ictimai, dəqiq təbiət elmləri, eləcə incəsənət, peşə sənətkarlıq, şəhərsalma memarlıq haqqında geniş təsəvvür yaradır.

 

Nəşr müəllim tələbələr, eləcə idarəetmə ilə məşğul olan vəzifəli şəxslər, Azərbaycanın elm mədəniyyət tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Mədəniyyət.- 2021.- 14 iyul. S. 6.