Şuşada Mehmandarovların malikanəsi haqqında

 

Dirijor Mustafa Mehmandarovun açıqlaması

 

 Son vaxtlar mətbuatda Mehmandarovlar nəslinin tarixiŞuşa şəhərindəki məşhur evlə bağlı yanlışlıqlara yol verilir” – Mehmandarovlar nəslinin nümayəndəsi – Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Vyana Konservatoriyasının məzunu Mustafa Mehmandarovun mətbuata açıqlamasında belə deyilir.

 

Dirijor bildirib ki, tanınmış bəy nəsli olan Mehmandarovların Qarabağ xanı Pənahəli xanla qohumluğu olub. Bu nəslin nümayəndələrindən biri – Sadıq bəy Mehmandarov vaxtilə Lənkərana köçürorada Azərbaycanın ilk hərbi naziri, tanınmış general Səməd bəy Mehmandarov dünyaya gəlir. Səməd bəy Lənkəranda boya-başa çatıb, həyatının çox hissəsini Rusiyada yaşayıb, artilleriya generalı rütbəsinədək yüksəlib. General Səməd bəy Mehmandarov Şuşada heç vaxt yaşamayıb və onun orada heç bir mülkü olmayıb.

 

Mustafa Mehmandarov qeyd edib ki, televiziya kanallarında tez-tez nümayiş etdirilən Şuşadakı məşhur ev Kərim bəy Mehmandarovonun həyat yoldaşı İran şahzadəsi Zəri xanım Qacarın ailəsinə aid olub. Kərim bəy Mehmandarov ali tibb təhsili alan ilk azərbaycanlılardan biri olub. O həm də xalqımız qarşısında böyük xidmətləri olanDifai” təşkilatının Qarabağ bölməsinin rəhbəri olub. O, qarabağlıların yaddaşında insanları təmənnasız müalicə edən və xalqı erməni təcavüzkarlarından qoruyan həkim kimi qalıb.

 

M.Mehmandarov əlavə edib ki, Səməd bəy Mehmandarov və Kərim bəy Mehmandarov  əmi oğulları kimi çox mehriban olublar. Səməd bəy Peterburqda təhsil alan zaman Kərim bəy Mehmandarovun kirayə götürdüyü evdə qalıb. Bu gün Mehmandarovların bütün nəsli Şuşanın işğaldan azad olunmasına görə Azərbaycan xalqının dahi oğlu İlham Əliyevə çox minnətdardırlar, Kərim bəy Mehmandarovun evinin bərpasına başlanmasına görə Prezidentə və hörmətli Mehriban Əliyevaya dərin təşəkkürlərini bildirirlər”, – deyə M.Mehmandarov bildirib.

 

Mədəniyyət.- 2021.- 14 iyul. S. 4.