Diplomatiya könüllüləri Hərb Tarixi Muzeyində

 

Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Diplomatiya həftəsi” çərçivəsində XİN-in nəzdində fəaliyyət göstərən diplomatiya könüllüləri Müdafiə Nazirliyinin bəzi müəssisələrində olublar.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, gənclər Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyini də ziyarət ediblər.

 

Gənclər Vətən müharibəsində iştirak etmiş bir qrup hərbi qulluqçu ilə görüşüblər. Müharibə iştirakçıları könüllüləri maraqlandıran sualları cavablandırıblar. Könüllülər Vətən müharibəsi dövründə yaşanmış hadisələrin bir hissəsini özündə əks etdirən qısametrajlı filmə baxıblar.

 

Mədəniyyət.- 2021.- 16 iyul. S. 4.