Böyük yolun başlanğıcı

Böyük dövlət xadimi, müdrik siyasətçi, ulu öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə sovet Azərbaycanına rəhbərliyə gəlməsi ölkəmizin tarixində müstəsna əhəmiyyətə malikdir. Bu tarixdən etibarən Azərbaycan hərtərəfli inkişaf yoluna qədəm qoyub, bugünkü uğurlarımızın etibarlı təməlləri atılıb.

 

Əlamətdar tarixin 52-ci ildönümü münasibətilə bölgələrdəki mədəniyyət müəssisələrində müxtəlif tədbirlər keçirilib.

 

Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev zirvəsi adlı dəyirmi masa keçirilib. Çıxış edənlər ümummilli lider Heydər Əliyevin Vətənə və xalqa həsr etdiyi mənalı ömür yolundan, Azərbaycanın inkişafı üçün göstərdiyi müstəsna xidmətlərdən bəhs ediblər. Beyləqan rayon Heydər Əliyev Mərkəzi Unudulmaz böyük tarixi şəxsiyyət mövzusunda elmi-praktik konfrans keçirib.

 

Lənkəran Regional Mədəniyyət İdarəsi Astara rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən Zəmanəmizin dahi şəxsiyyəti mövzusunda videokonfransda böyük siyasətçinin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında xidmətlərindən söz açılıb.

 

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyə gəlişinin 52-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib. Goranboy rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyev milli ideologiyamızın və müstəqilliyimizin baş memarı mövzusunda seminar təşkil olunub. Goranboy rayon Mərkəzi Kitabxanasının əməkdaşları isə Tərəqqi yolunun başlanğıcı adlı tədbir keçiriblər.

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Heydər Əliyev Mərkəzi MKS-nin 2 nömrəli şəhər kitabxana filialı ilə birgə 14 iyul 1969-cu il tərəqqi yolunun başlanğıcı adlı tədbir keçirib. Qazax və Tovuz rayon Heydər Əliyev mərkəzləri və Qazax rayon MKS-nin birgə təşkilatçılığı ilə 14 iyuldan başlanan yol mövzusunda videokonfrans keçirilib.

 

İsmayıllı Regional Mədəniyyət İdarəsi Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, bələdçi Şəhla İsmayılova əmək qabaqcılı, vaxtilə Heydər Əliyevlə iki dəfə görüşmüş, Qırmızı bayraq ordeni və bir çox mükafatlarla təltif olunmuş Zöhrə Zamanovanın ailəsində qonaq olublar. S.Zamanova ulu öndərlə bağlı xatirələrini bölüşüb.

 

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş rayon Mərkəzi Kitabxanası Oxuculara xidmət şöbəsinin təşkilatçılığı və filial kitabxanaların iştirakı ilə Böyük yolun başlanğıcı adlı videokonfrans keçirilib. Zərdab rayon Mərkəzi Kitabxanasında Oxuculara xidmət şöbəsi Ulu öndər Heydər Əliyevin hakimiyyət illəri unudulmazdır başlığı altında tədbir təşkil edib.

 

Biləsuvar Regional Mədəniyyət İdarəsi Salyan rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən Azərbaycan tarixinin şanlı səhifəsi adlı videokonfransda ulu öndərin xalqımıza həsr olunan ömür yoluna nəzər salınıb.

 

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialları ulu öndər Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyə gəlişinin ildönümü ilə əlaqədar videoçarxlar hazırlayıblar.

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Tərəqqi yolunun başlanğıcı əbədiyaşar lider Heydər Əliyev mövzusunda videokonfrans keçirilib.

Mədəniyyət.- 2021.- 16 iyul. S. 4.