Türk respublikalarının müstəqilliyinin 30 illiyi şərəfinə

TÜRKSOY kuboku uğrunda at yarışı

 

İyulun 13-də Ankarada Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın dövlət müstəqilliyinin otuzuncu ildönümü münasibətilə TÜRKSOY kuboku uğrunda at yarışı keçirilib.

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY və Türkiyə Jokey Klubu tərəfindən təşkil olunan yarışı rəsmi şəxslər, o cümlədən səfirlər, şəhər sakinləri izləyiblər.

 

TÜRKSOY-un təşəbbüsü ilə Ankara İppodromunda düzənlənən ənənəvi cıdırda yeddi ingilis cins atı iştirak edib.

 

1400 metr məsafəyə at yarışının birincisi 2020-ci ildə də TÜRKSOY kubokunu Cəlal Ayazın sahibi olduğu və jokey Halis Karataşın çapdığı Mala Moja adlı ingilis cins madyanı olub.

Mədəniyyət.- 2021.- 16 iyul. S. 8.