Tofiq Quliyevin Qaytağısı ABŞ-da nəşr olunub

 

AzərbaycanAmerika Musiqi Fondunun rəhbəri Cəmilə Cavadova-Spitzberqin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-da ilk dəfə olaraq bəstəkar Tofiq Quliyevin fortepiano üçün işlədiyi Qaytağı əsərindən ibarət kitablar çap olunub.

 

Dövlət Komitəsindən bildirilib ki, nəşrin baş redaktoru ABŞ-ın Massaçusets ştatında yaşayan tanınmış piano ifaçısı, Azərbaycanın Əməkdar artisti Emil Əfrasiyabdır. Kitabı nəşrə Cəmilə Cavadova-Spitzberq hazırlayıb. Kitablardan biri pianoda solo ifa, digəri bir pianoda 4 əllə ifa, üçüncüsü isə iki pianoda ifa üçün nəzərdə tutulub.

 

Qeyd edək ki, görkəmli Azərbaycan bəstəkarı, milli cazestrada musiqisinin banilərindən olan Tofiq Quliyev fortepiano üçün bir sıra xalq rəqslərini işləyib. Onlardan biri də Qaytağı əsəridir. Əsər melodik cəhətdən son dərəcə yeyindinamik olan eyniadlı Qaytağı Azərbaycan xalq rəqsi əsasında bəstələnib. Bu virtuoz əsərin fortepianoda ilk ifaçısı görkəmli pianoçu, Xalq artisti Fərhad Bədəlbəyli olub.

 

Mədəniyyət.- 2021.- 23 iyul. S. 1.