Tanınmış jurnalist Tahir Abbaslı vəfat edib

 

Mahir publisist, tanınmış jurnalist yazıçı, uzun illər “Mədəniyyət” qəzetində fəaliyyət göstərmiş Tahir Abbaslı 18 iyul 2021-ci ildə, 73 yaşında vəfat edib.

 

Tahir Heydər oğlu Abbaslı (Tahir Əhmədalılar) 1948-ci il sentyabrın 25-də Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1953-cü ildə Novruzlu kənd orta məktəbinin birinci sinfinə gedib. 1958-ci ildə ailəsi Füzuli rayonunun Əhmədalılar kəndinə köçüb o, 1965-ci ildə həmin kənddə orta məktəbi bitirib. Bir müddət müxtəlif işlərdə çalışdıqdan sonra orta məktəbdən arzusunda olduğu jurnalistika, mətbuat yolunda ilk addımlarını atmağa başlayıb. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsinə daxil olub. Tələbə ikən, 1971–1972-ci illərdə “Bakı” “Baku” axşam qəzetlərində korrektor işləyib. 1974-cü ildə təhsilini başa vurduqdan sonra ordu sıralarında xidmət edib.

 

Tahir Abbaslı 1977–1994-cü illərdə Azərbaycan Teleradio Verilişləri Komitəsində redaktor, böyük redaktor, şöbə müdiri studiya direktoru vəzifələrində çalışıb. O, 1994–2004-cü illərdə müxtəlif qəzetlərdə müxbir, şöbə müdiri baş redaktor kimi fəaliyyət göstərib.

 

İstedadlı publisist 2004-cü ildən taleyini “Mədəniyyət” qəzeti redaksiyası ilə bağlayıb. Müxtəlif illərdə müxbir, incəsənət, mədəniyyət siyasəti, elm təhsil şöbələrinin müdiri, eləcə redaktor vəzifələrində çalışıb. 2016-cı ildə yaşla əlaqədar təqaüdə çıxsa da, redaksiya ilə əlaqəsini kəsməyib, diqqətçəkən yazıları qəzetdə mütəmadi dərc olunub. “Tahir Abbaslı”, eləcə “Tahir Əhmədalılar” imzalı yazıları intizarla gözləyən çoxsaylı oxucuları vardı. Azərbaycan Mətbuat Şurası digər yaradıcılıq təşkilatlarının keçirdiyi müsabiqələrdə dəfələrlə uğur qazanmışdı.

 

Tahir Abbaslı həm maraqlı hekayə esselərin müəllifi idi.

 

Tanınmış qələm sahibi, ustad jurnalist, səmimi insan Tahir Abbaslının əziz xatirəsi “Mədəniyyət” qəzeti kollektivinin çoxsaylı oxucularının qəlbində daim yaşayacaq. Mərhumun ailəsinə, yaxınlarına oxucularına dərin hüznlə başsağlığı veririk.

 

***

 

Tahir Abbaslı iyulun 18-də Füzuli rayonunun Əhmədalılar kəndində torpağa tapşırılıb.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2021.- 23 iyul. S.1;6.