Fransa portalı azad edilmiş ərazilərin minalardan təmizlənməsindən yazır

 

Fransanın La Croix portalında Azərbaycanda uzun müddət davam edəcək minatəmizləmə başlayır adlı məqalə dərc edilib.

 

Məqalədə 1990-cı illərdə erməni işğalı nəticəsində doğma yurdundan didərgin düşən azərbaycanlıların dönüşünə minaların mane olduğu diqqətə çatdırılıb, Qarabağ müharibəsi haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən 2 mərhələdə minalanıb: 1990-cı illərdə və 44 günlük müharibə zamanı erməni silahlı qüvvələri geri çəkilərkən. Qeyd edilir ki, Azərbaycanın azad etdiyi ərazilərinin minadan təmizlənməsi 10 il davam edə bilər.

 

Vurğulanır ki, 30 ildir doğma yurdundan didərgin düşən azərbaycanlılar bu gün minalara görə doğma torpaqlarına qayıda bilmirlər. Ərazilərdə mina xəbərdarlığı ilə bağlı məlumatlandırıcı işarələr qoyulmasına baxmayaraq, 30 ildir doğma yurdlarının həsrəti ilə yaşayan azərbaycanlılar evlərini görmək üçün azad edilmiş yurdlarına gəlirlər. Yazıda bu günədək minalardan 17 mülki şəxsin, habelə iki azərbaycanlı jurnalistinbir zabitin mina qurbanı olduğu bildirilir.

 

Mədəniyyət.- 2021.- 23 iyul. S. 2.