Şuşaya həsr olunmuş poster sərgisi

Əsərlərin qəbulu sona çatıb

 

Şuşa Azərbaycanın mədəniyyət şəhəridir adlı beynəlxalq poster sərgisinə əsərlərin qəbulu başa çatıb. Sərgi Kreativ Azərbaycan, PosterİM, Worldwide Graphic Designers, Calanca Biennale 2021, RİNC Red İnternacional De Creadores Visuales qurumlarının birgə əməkdaşlığı ilə təşkil edilir.

 

Layihənin rəhbəri, PosterİM şirkətinin təsisçisi Tərlan Hacı Şəmiyevlə əlaqə saxlayıb sərgi ilə bağlı məlumat aldıq. Həmsöhbətimiz bildirdi ki, beynəlxalq münsiflərdən ibarət sərginin məqsədi Şuşanın mədəni irsini, memarlığını, xarıbülbül simvolunu dünyaya tanıtmaqdır. İyulun 15-dək sərgiyə 30-dan çox ölkədən iştirakçı əsər göndərib. Beynəlxalq yerli münsiflər tərəfindən qiymətləndirilən işlərdən 108 poster sərgidə iştirak üçün seçilib.

 

Layihə rəhbəri qeyd etdi ki, münsiflər heyətinə ABŞ-ın Suffolk, Cənubi Koreyanın Namseul universitetlərinin dizayn üzrə professorları, eləcə Azərbaycan, Türkiyə, İndoneziya, Yaponiya digər ölkələrdən dizaynerlər daxildir. Sərgi avqustun 2-də Ankara Musiqi Gözəl Sənətlər Universitetində açılacaq onlayn yayımlanacaq. Seçilmiş müəlliflərə iştirakçı sertifikatı veriləcək onlar birbaşa beynəlxalq poster festivalına iştirak vəsiqəsi qazanacaqlar.

 

LALƏ

Mədəniyyət.- 2021.- 23 iyul. S. 2.