УDahi ziyalımız Həsən bəy Zərdabi...Ф

 

Dövlət Tarix Arxivində mühafizə edilən sənədlər əsasında 22 iyul Ц Milli Mətbuat Gününə həsr olunmuş УDahi ziyalımız Həsən bəy Zərdabi...Ф adlı virtual sərgi hazırlanıb.

 

Milli Arxiv İdarəsindən bildirilib ki, sərgidə görkəmli ictimai xadim, publisist, Azərbaycan dilində ilk qəzetin yaradıcısı, uzun illər Bakı şəhər Dumasının üzvü olmuş Həsən bəy Zərdabinin ictimai sahədə fəaliyyətinə aid olan sənədlərdən bir qismi nümayiş etdirilir. Sözügedən sənədlərdə Həsən bəy Zərdabinin azərbaycanlılar arasında təhsilin, maarifçiliyin geniş vüsət alması üçün həyata keçirdiyi tədbirlər, ana dilində qəzetin nəşrinə icazə verilməsi üçün dövrün hakimiyyət orqanlarına müraciətləri, həmçinin Duma üzvü kimi fəaliyyəti və s. əks olunub.

 

Mədəniyyət.- 2021.- 23 iyul. S. 3.