Vətəni canından əziz bilənlər

Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşları Vətən müharibəsi şəhidləri Şöhrət Qasımov, Rüfət Əhmədzadə, Nurlan Nuruzadə, Əlizamin Mustafalı, Şirbala Hüseynov, Samir Nadirov, Fərid Məmmədov, Qəzənfər Mütəllimov, həmçinin qazilər Cavid Məlikov, Amil Əliyev, Asif Talıblı və Nicat Eyvazlının evlərində olub, qayğıları ilə maraqlanıblar. Qubadlı Rayon Mədəniyyət İşçiləri Həmkarlar Komitəsinin əməkdaşları Vətən müharibəsi şəhidi Vüsal Allahverdiyevin ailəsinə baş çəkib, qazi Mir İsmayıl Kazımovu ziyarət ediblər. Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində II Qarabağ müharibəsi şəhidi Əlizamin Mustafalının doğum gününə həsr olunan anım tədbiri keçirilib.

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə bir qrup mədəniyyət işçisikitabxana əməkdaşları Tovuz döyüşləri şəhidi Nazim İsmayılovun məzarını ziyarət ediblər. Qazax rayon Qazaxbəyli kənd mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidi Anar Vəliyevin məzarı başında xatirəsi yad olunub.

 

Kürdəmir Regional Mədəniyyət İdarəsi Beyləqan rayon I Şahsevən kəndində Vətən müharibəsi şəhidi İmran Məmmədlinin xatirəsinə inşa edilmiş bulağın açılışı olub. Tədbirdə çıxış edən regional idarənin rəisi Faiq Xudanlı qəhrəmanlıq tariximizdən, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuzun Qələbəsindən, şəhidlərin Vətən uğrunda canlarını fəda etməsindən söz açıb. Xocavənd rayon Mərkəzi Kitabxanasında şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunan dəyirmi masa keçirilib. Füzuli rayon 1 saylı Zobucuq qəsəbəsində fəaliyyət göstərən MKS-də də Polad Həşimova həsr edilən Şəhidlər ölməz adlı anım mərasimi təşkil olunub.

 

Masallı Regional Mədəniyyət İdarəsi Cəlilabad rayon Heydər Əliyev Mərkəzi və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Haqq savaşının başlandığı gün adlı tədbir keçirilib.

 

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev Vətən müharibəsi şəhidləri Yaqub Yaqubov, Aqil QuliyevŞövqi İsmayılzadənin ailələrini ziyarət edib. Görüş zamanı dövlət tərəfindən şəhid ailələrinə göstərilən qayğı, onların sosial rifahının təmin edilməsi məsələlərinin diqqətdə saxlanıldığı vurğulanıb.

 

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər MKS-də Vətən müharibəsinin şəhid giziri Xudayar Yusifzadənin doğum günü ilə əlaqədar Dastana dönən ömür adlı videokonfrans keçirilib. Balakən rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsi qaziləri Turan Musayev, Şahmar BaradovAmil Varşayevlə görüş keçirilib. Balakən rayon Qullar kənd kitabxana filialının müdiri Sanur Yetimova, Poşbinə kənd kitabxana filialının müdiri Vüsalə Novruzova və digər mədəniyyət işçiləri Vətən müharibəsi şəhidi Harun Alqayevin məzarını ziyarət ediblər.

 

Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov və idarənin bir qrup əməkdaşı Qurban bayramı münasibətilə Vətən müharibəsi şəhidi, regional idarənin tabeliyində fəaliyyət göstərən Arif Məmmədov adına Göyçay şəhər Uşaq musiqi məktəbində qarmon müəllimi vəzifəsində çalışmış Alim İbrahimovun ailəsinə baş çəkiblər. Göyçay rayon MKS-nin Uşaq şöbəsinin əməkdaşları Vətən müharibəsinin şəhid polkovnik-leytenantı Vidadi Xəlilovun doğum günü ilə əlaqədar şəhidin ev-muzeyində Qartal kimi daima zirvələrdə dolaşan Azərbaycanın mərd oğlu adlı tədbir təşkil ediblər.

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin işçiləri Vətən müharibəsi şəhidi Rauf Vəliyevin doğum günü münasibətilə anım mərasimi keçiriblər.

 

Biləsuvar Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Salyan rayon mədəniyyət işçiləri Qurban bayramı münasibətilə şəhid ailələrinə baş çəkiblər. Biləsuvar rayon Nəsimi kənd Mədəniyyət evinin əməkdaşları Vətən müharibəsi şəhidi Saleh Məcidzadənin doğum günü münasibətilə ailəsinə baş çəkib, məzarını ziyarət ediblər.

 

İsmayıllı Regional Mədəniyyət İdarəsi İsmayıllı rayon Fazil Əzimov adına Uşaq incəsənət məktəbinin və rayon MKS-nin əməkdaşları I Qarabağ müharibəsi şəhidi F.Əzimovun, Vətən müharibəsi şəhidləri Famil Əhmədzadə, Həsən Abdullayev və Səməd Hüseynzadənin ailələrini ziyarət ediblər.

 

Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi, Gəncədəki Nizami Gəncəvi Məqbərə Kompleksinin əməkdaşı olmuş Hikmət Məmmədovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Gəncə şəhər MKS-nin 19 saylı kitabxana filialı Vətən müharibəsi şəhidi Taleh Mustafazadənin xatirəsinə həsr edilmiş Müqəddəs amal yolunda şəhid olan Taleh başlıqlı onlayn görüş keçirib. MKS-nin 24 saylı kitabxana filialı isə Vətən müharibəsi şəhidi Təqi Əsgərova həsr olunan Şərəfli ömür şəhidlik zirvəsində başlıqlı onlayn anım mərasimi təşkil edib.

 

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə Vətən müharibəsi şəhidi Sabir İsmayılovun və qazi Zahir Məmmədlinin ailələrinə baş çəkərək bayram təbriklərini çatdırıb.

 

Mədəniyyət.- 2021.- 23 iyul. S. 4.