Amaliya obrazı karyeramda işıq oldu...

 

İctimai Televiziya iyun ayında görkəmli teatr və kino xadimi, Dövlət mükafatı laureatı, Şərəf və Şöhrət ordenli sənətkar, Xalq artisti Amaliya Pənahovanın (19452018) xatirəsinə həsr olunan Onun qəribə taleyi. Amaliya Pənahova adlı bədii-sənədli filmi təqdim etdi. Unudulmaz aktrisanın həyat və sənət yoluna işıq salan film tamaşaçılar tərəfindən maraqla qarşılandı.

 

Amaliya Pənahovanın əziz xatirəsi onu sevən milyonlarla pərəstişkarının, sənət dostları və doğmalarının qəlbində əbədi yaşayır. Teatrkino salnaməmizin inkişafına dəyərli töhfələr verən aktrisa hər zaman gənc nəsil aktyorlar üçün nümunə olub. Bu filmdə də sənətkarın obrazı Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktrisası Aygun Fətullayevaya həvalə edilib.

 

Aktrisa deyir ki, Amaliya Pənahovanın yaradıcılıq taleyindən bəhs edən filmdə çəkilmək onun üçün əlamətdar hadisə və karyerasında mühüm bir mərhələ olub: Ssenari müəllifi Vidadi Hüseynov, quruluşçu rejissor Ruslan Hüseynprodüser Əziz Əliyevdən filmdə çəkilməyim üçün təklif gəldi. Layihəni müzakirə etdik və dəvəti məmnuniyyətlə qəbul etdim. Əlbəttə ki, görkəmli aktrisanın obrazını ekranda təcəssüm etdirmək mənim üçün böyük şərəfdir. Onun sənəti bu gün gənc aktyorlar üçün bir örnəkdir. O, bir çox aktyorun taleyində böyük rol oynayıb, mənim yaradıcılığımda isə bir işıq oldu. Ssenarini oxuduğum ilk gündən həyəcan, qürureyni zamanda dərin məsuliyyət hissi məni tərk etmirdi. Filmdə öz işimə elə yanaşmalı idim ki, Amaliya xanımın xatirəsinə və yaradıcı irsinə layiq olsun. Film üzərində böyük bir komanda çalışırdı və onların da hər biri işinə diqqət və məsuliyyət hissi, böyük sevgi, dərin məhəbbətlə yanaşırdı.

 

Aktrisa həmçinin söhbət zamanı vurğulayır ki, hələ məktəb illərindən onu görkəminə görə Amaliya Pənahovaya oxşadırdılar: Daha sonra tələbəlik illərində səs tonlarımızın da oxşarlığını qeyd edirdilər. Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa kinoda onun obrazını yaradaram. Teatr yaradıcılığımda isə onun Nişanlı qız tamaşasındakı obrazını Zərifəni oynamışam. Bu da taleyin bir işarəsidir yəqin ki... Təəssüf ki, mən onun tələbəsi olmamışam. Amma universitetdə tez-tez görərdim, ustad dərslərində iştirak etmişəm. Bu səbəbdən də özümü xoşbəxt aktrisa hesab edə bilərəm. Bu gün Amaliya xanımın doğmalarından filmdə onun obrazını məharətlə yaratmağımla bağlı xoş sözlər eşitmək mənim üçün hədsiz xoşdur.

 

Aygün Fətullayeva 1992-ci ildə Quba şəhərində anadan olub. 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada aktyorluğu fakültəsini bitirib. 2016-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Teatrın səhnəsində Rəqqasə (Aydın, C.Cabbarlı), Şagird (Mənim göyərçinim, T.Vəliyeva), Annika (Uzuncorab Pippi, A.Lindqren), Gerda (Qar kraliçası, H.K.Andersen) ümumilikdə 20-dən artıq tamaşada maraqlı obrazlar yaradıb.

 

Lalə AZƏRİ

Mədəniyyət.- 2021.- 23 iyul. S. 5.