“Zəfər” kolleksiyası üçün “Ən yaxşı xalça

 

“Azərxalça” ASC Azərbaycanın 2020-ci il Vətən müharibəsində qazandığı möhtəşəm Qələbəni “Zəfər” kolleksiyası ilə qeyd edəcək. Kolleksiyanın hazırlanması isə gənclərə həvalə olunacaq.

 

Bu məqsədlə “Azərxalça” ASC “Zəfər” kolleksiyası üçün “Ən yaxşı xalça” müsabiqəsi elan edib. “Zəfər” kolleksiyasının bir parçası olmaq, şanlı Qələbəyə həsr olunmuş əsərləri paylaşmaq və “Azərxalça” ASC-də çalışmaq istəyən bütün gənclər müsabiqəyə dəvət olunur.

 

Müsabiqəyə 21-35 yaşında rəssamlar, dizaynerlər, xalçaçı rəssamlar və s. qatıla bilərlər. İştirak etmək istəyənlər creative@azerxalca.az elektron ünvanına portfolio (15 foto) və “Zəfər” kolleksiyasına aid eskizləri (3 foto) göndərməlidirlər. Son qeydiyyat tarixi 8 avqustdur.

 

Münsiflər heyəti tərəfindən 20 nəfər ən yaxşı müsabiqə iştirakçısı müəyyən ediləcək. Seçilmiş gənclər bir ay ərzində “Azərxalça” ASC emalatxanalarında həm yerli, həm də xarici mütəxəssislər tərəfindən təlimə cəlb olunacaqlar.

 

Təlimlərdə ən yaxşı nəticə göstərmiş 3 gənc müsabiqənin sonunda mükafatlandırılacaq. Birinci yerin sahibi “Azərxalça” ASC-də rəsmi işə başlayacaq, digər iki gənc mütəxəssis ilə daimi əməkdaşlıq ediləcək. Təlim iştirakçılarının ən bəyənilən eskizləri “Zəfər” kolleksiyasının hazırlanmasında istifadə olunacaq.

 

Mədəniyyət.- 2021.- 23 iyul. S. 8.