Vaqif Bayatlı Odərin yaradıcılığı Gürcüstanın ədəbiyyat portalında

 

Gürcüstanın Axali saunce (Yeni xəzinə) ədəbiyyat portalı Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə layihəsi çərçivəsində tanınmış şair, Əməkdar incəsənət xadimi Vaqif Bayatlı Odərin gürcü dilinə tərcümə olunmuş Dünya söndükcə, sən görünürsən, ilahi şeirinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.

 

Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə layihəsi Dövlət Tərcümə Mərkəzi tərəfindən həyata keçirilir. Mərkəzdən bildirilib ki, şeiri gürcü dilinə şair-tərcüməçi İmir Məmmədli çevirib.

 

Qeyd edək ki, Gürcüstanın Mədəniyyət, Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən Axali saunce ədəbiyyat portalı dünya ədəbiyyatının yayını üzrə fəaliyyət göstərir. Oxucular portal vasitəsilə Çarlz Dikkens, Vladimir Mayakovski, Velimir Xlebnikov, Harold Pinter, Rolan Bart, Olqa Tokarçuk, İtalo Kalvino kimi dünya ədiblərinin əsərlərinin elektron versiyası ilə tanış olurlar.

 

Mədəniyyət.- 2021.- 23 iyul. S. 8.