Nigar Nərimanbəyovanın yaradıcılıq proqramı üzrə ustad dərsləri

 

YARAT Müasir İncəsənət Məkanı “İZ – İnamlı ZərifQadın Cəmiyyəti tanınmış rəssam, animator, rejissor Nigar Nərimanbəyovanın yaradıcılıq proqramı üzrə ustad dərsləri təşkil edir. Ustad dərsləri bir neçə mövzunu əhatə edir.

 

“44 günlük Vətən müharibəsində Qələbəmövzusunda ilk dərs 25 iyulda təşkil edilib. Rəssam xalqımızın, qəhrəman hərbçilərimizin vətənimizin kompozisiya simvolik obrazının yaradılması ilə bağlı təcrübəsini bölüşüb.

 

1 avqust tarixində nəzərdə tutulan dərsin mövzusuDoğma diyarın peyzajı”dır. Məşğələdə mənzərəni işləmək texnikası, doğma yurdun gözəlliyini rənglərdə necə görməkdən bəhs ediləcək.

 

Avqustun 8-də isəAzərbaycan qadınlarının portretimövzusunda ustad dərsi keçiriləcək.  Bu dərs ana, nənə, bacı avtoportretin yaradılması üsullarını öyrədəcək. Eləcə Azərbaycanın incəsənətinə, ədəbiyyatına, mədəniyyətinə töhfə verən qadınların portretlərini yaradan görkəmli rəssamların yaradıcılığından söz açılacaq.

 

Ustad dərsinin son günü 15 avqustdaNizami ili”nə həsr ediləcək. Dərsdə Nizami yaradıcılığı, eləcə əbədi sevgi sədaqət mövzusu, insan ruhunun ölməzliyini tərənnüm edən əsərlərin yaradılmasından bəhs olunacaq.

 

Ustad dərsləri Dövlət Bayrağı meydanının ərazisində yerləşən Rəngkarlıq Muzeyində saat 16:00-da başlanacaq. Rus dilində keçiriləcək məşğələlərdə 16 yaşdan yuxarı hər kəs iştirak edə bilər.

 

LALƏ

Mədəniyyət.- 2021.- 28 iyul. S. 3.