Müslüm Maqomayevin Tofiq Quliyevin heykəlləri harada qoyulacaq?

 

Azərbaycanın dünya şöhrətli vokalçısı Müslüm Maqomayevin görkəmli bəstəkar Tofiq Quliyevin Bakı şəhərində heykəllərinin qoyulacağı yer müəyyənləşib.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə hər iki sənətkarın abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsi Mədəniyyət Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb.

 

Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqındaölkə başçısının 12 mart 2020-ci il tarixli sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanan heykəlin Dənizkənarı Milli Parkın ərazisində, dəniz tərəfdən Dövlət Kukla Teatrının yaxınlığında ayrılmış yerdə ucadılması nəzərdə tutulur.  Abidənin müəllifi Xalq rəssamı, heykəltəraş Ömər Eldarovdur. Hazırda heykəlin son tamamlama işləri aparılır.

 

Tofiq Quliyevin abidəsinin ucaldılması haqqındaAzərbaycan Prezidentinin 20 may 2021-ci il tarixli sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyinin sifarişi əsasında heykəltəraş Tural Rzaquliyev tərəfindən hazırlanması nəzərdə tutulan heykəlin isə keçmişBakımehmanxanasının yerində salınmış parkda ucadılması planlaşdırılır.

 

Mədəniyyət.- 2021.- 28 iyul. S. 3.