Gənc rəssamların qrup sərgisi

 

İsmayıllı Regional Mədəniyyət İdarəsi İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Modern Trinity” səyyar rəssamlar qrupunun “İncəsənət həmişə aktualdır” adlı ilk sərgisi keçirilib. Sərgi İsmayıllı Rayon İcra Hakimiyyəti, regional mədəniyyət idarəsi və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə gerçəkləşib.

 

Layihə rəhbəri və kuratoru Alvina Süleymanova olan sərgidə gənc rəssamlar İslam Əhmədli, Pərviz Kazımlı, Sahib Yaqubov, Vasif İbrahimliRufana Mamedovanın əl işləri nümayiş etdirilib.

 

Sərginin açılışında rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova və İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov çıxış edərək gənc rəssamlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

 

Qeyd edək ki, sərgidə iştirak edən rəssamlar İsmayıllı Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərmanla təltif ediləcək.

 

N.MƏMMƏDLİ

Mədəniyyət.- 2021.- 28 iyul. S. 4.