“Şərqdən doğan söz günəşi”

 

Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nin Filfilli kənd kitabxanasında Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilib.

 

Biləsuvar Regional Mədəniyyət İdarəsi Salyan rayon Mədəniyyət Mərkəzində “Nizami Gəncəvi İli” münasibətilə tədbir keçirilib. Çıxışlarda dahi şairin yaradıcılığından, dünya ədəbiyyatının inkişafına verdiyi töhfələrdən söz açılıb. Bildirilib ki, Nizaminin əsərləri hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Tədbirin bədii hissəsində şairin qəzəlləri səsləndirilib, kompozisiyalar nümayiş etdirilib.

 

İsmayıllı Regional Mədəniyyət İdarəsi Şamaxı Dövlət Rəsm Qalereyasında “Nizami ili” çərçivəsində “Ölməz sənətin yaşadır səni” adlı sərgi  təşkil olunub.

 

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər MKS-nin Nəmərli kənd kitabxana filialı “Şərqdən doğan söz günəşi” adlı videoçarx hazırlayıb.

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Aşağı Xuc kənd kitabxanası tərəfindən “Nizami Gəncəvi İli” münasibətilə tədbir keçirilib.

 

NURƏDDİN

Mədəniyyət.- 2021.- 28 iyul. S. 4.