Xoş olmaq istəsən, xoş dostlar tanı...

 

Nizami sözündən incilər

 

Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

 

Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.

 

Dilin damaq altında qalması məsləhətdir,

Qılınca qında qalmaq bir bəzəkdir, zinətdir,

Canların rahatlığı bu nəsihətdəndir bil,

Başlarınsa bəlası yalnız dildir, yalnız dil.

 

(“Sirlər xəzinəsi”)

 

O qəmlər ki, tutar könüldə qərar,

Dərd bilən dostlara söyləmək olar.

 

(“XosrovŞirin”)

 

Yaxşılıq etməsən əgər insana,

Böyüklük şərəfi verilməz sana.

 

(“Leyli və Məcnun”)

 

Kim salsa dünyaya zülm bağını,

Deməli, bağlar öz əl-ayağını.

 

(“Yeddi gözəl”)

 

Xoş olmaq istəsən, xoş dostlar tanı,

Xoşbəxt xoşbəxt edər çünki insanı.

 

(“İsgəndərnamə” – “İqbalnamə”)

 

İşini ölçüyə uydur hər zaman,

Ortadır faydalı, az, çox olmaqdan.

 

(“İsgəndərnamə” – “Şərəfnamə”)

 

 

Mədəniyyət.- 2021.- 28 iyul. S. 7.