Niderland portalında Azərbaycan mətbəxi haqqında məqalə

Niderland Krallığının https://www.smaack.nl/ portalında Azərbaycanın kulinariya mədəniyyətinin xüsusi ənənələri sərlövhəli məqalə yerləşdirilib.

 

Məqalədə Bakıda anadan olmuş, amma yeniyetmə dövründən Niderlandda yaşayan soydaşımız Əsmər Bəydəmirova-Aşurbəylinin milli mətbəximizin qədim ənənələri və yemək mədəniyyəti haqqında fikirlərinə geniş yer verilib. O, milli mətbəx və Azərbaycan adət-ənənələri haqqında məlumatları təsis etdiyi https://chinar.eu/ saytında da bölüşdüyünü nəzərə çatdırıb. Müəllif oxucuları sayta daxil olmaqla, Azərbaycan mətbəxinin ənənələri ilə yaxından tanış olmağa çağırıb.

 

 

Mədəniyyət.- 2021.- 28 iyul. S. 8.