Gənc caz ifaçıları üçün müsabiqə

 

Bakı Jazz Beynəlxalq Caz Festivalı çərçivəsində gənc ifaçılar üçün İ Am Jazzman! adlı müsabiqə elan olunub. Müsabiqə 14-30 yaşlı musiqiçilər üçün nəzərdə tutulub.

 

Seçim turu iki mərhələdən ibarət olacaq, burada peşəkar münsiflər heyəti istiqamət verəcək və iştirakçının musiqi biliklərini qiymətləndirəcək. Müsabiqədə koordinator və müəllimlər işləyəcəklər.

 

Birinci yerin qalibinə mükafat olaraq min manat məbləğində pul veriləcək.

 

Müsabiqədə iştirak etmək istəyənlər Nizami 90A, Landmark, 22 mərtəbə ünvanına yaxınlaşaraq müraciət edə bilərlər.

 

Mədəniyyət.- 2021.- 30 iyul.- S.7.