Fokusdan kənar

Ekoloji problemlər fotoqrafların baxışında

 

 

İçərişəhərdəki Bakı Fotoqrafiya Evində Fokusdan kənar adlı fotosərgi açılıb. Sərgi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və F3.7 Union Fotoqrafların Yaradıcı Birliyinin təşkilatçılığı ilə ərsəyə gəlib.

F3.7 Union Fotoqrafların Yaradıcı Birliyinin sədri Şərəf Nağıyeva sərginin əhəmiyyəti haqqında danışıb. Bildirib ki, sərgi vasitəsilə diqqətdən kənarda qalan ekoloji problemləri çatdırmağa çalışıblar: Sərginin adının Fokusdan kənar olması sözügedən niyyətimizdən xəbər verir. Bu işdə bizə 10 fotoqraf kömək edib. Biz ekoloji problemləri onların baxış bucağından göstəririk.

Sonra tədbir iştirakçıları nümayiş olunan fotolarla tanış olublar.

İki həftə ərzində davam edəcək sərgi çərçivəsində avqustun 1-də alman kinorejissoru Vim Vendersin Yerin ulduzu filminümayiş olunacaq. Həmçinin daha iki tədbirin keçirilməsi planlaşdırılıb. Onlardan biri fotoqrafların iştirakı ilə baş tutacaq, digəri isə Femiscop platformasının EcoFeminist Fest layihəsinə həsr ediləcək.

 

Mədəniyyət.- 2021.- 30 iyul.- S.2.