Simurquşaq musiqi festivalı

 

 

Arts Council Azerbaijan” təşkilatının layihəsi,  Mədəniyyət Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Simurquşaq musiqi festivalı keçirilir.

 

Arts Council Azerbaijandan verilən məlumata görə, əvvəlki illərdə festivala təkcə pianoçular cəlb edilirdisə,  bu dəfə musiqinin bütün sahələri ilə məşğul olan uşaqlar özlərini sınaya biləcəklər. Tədbirdə uşaqların rəsmlərindən ibarət sərgi də təqdim olunacaq. Təşkilatçılar incəsənətin bütün sahələrində uşaqların istedadını nümayiş etdirməyə qərar veriblər. Festivalın ilk konsert proqramı 2 iyunda saat 17:30-da İçərişəhərdə “Art Tower” qalereyasının qarşısında başlayacaq.

 

Müəllifi tanınmış pianoçu, beynəlxalq müsabiqələn laureatı Səidə Tağızadə olan layihənin başlıca məqsədi Azərbaycanın gənc, istedadlı musiqiçilərini önə çıxarmaq və dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətməkdir.

 

LALƏ

 

Mədəniyyət.- 2021.- 2 iyun.- S.2.