Yunus Əmrəyə həsr olunmuş simpozium

 

Türk dünyasının ən dəyərli şəxsiyyətlərindən olan Yunus Əmrənin vəfatının 700-cü ildönümü münasibətilə 2021-ci il Türkiyədə Yunus Əmrə və Türkcə ili elan edilib. Bununla əlaqədar türkdilli ölkələrin alimlərinin iştirakı ilə silsilə elmi tədbirlər keçirilir.

 

24-27 may tarixində Türkiyənin Pamukkale Universiteti (Dənizli şəhəri), UNESCO üzrə Türkiyə Milli Komissiyası və digər qurumların təşkilatçılığı, 8 ölkədən ümumilikdə universitetelmi müəssisənin iştirakı ilə Beynəlxalq Türk Dünyası Yunus Əmrə Simpoziumu keçirilib.

 

Videokonfrans formatında keçirilən simpoziumun açılış mərasimində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla çıxış edib. Yunus Əmrənin şəxsiyyəti və irsi əsas olmaqla türkologiyanın müxtəlif sahələrinə dair 30 bölmə üzrə ümumilikdə 150 məruzə dinlənilib. Türk dünyasının tarixi şəhər və bölgələri ilə adlandırılan simpoziumun iki bölməsinə QarabağŞuşa adları verilib.

 

Onlayn tədbirə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin səkkiz əməkdaşı da qatılıb. Şöbənin müdiri, dosent Elçin İbrahimovun Türk dövlət və cəmiyyətlərində dil siyasəti (tarixi aspektdən) mövzusunda məruzəsi, habelə Şəbnəm Həsənli-Qəribova, Qətibə Mahmudova, Dilbər Camali, Turan Hüseynova, Arzu İsgəndərzadə, İmanyar Quliyevdoktorant Lalə Rəsulovanın çıxışları maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2021.- 2 iyun.- S.6.