BXA-da uşaqların bayramına həsr olunmuş tədbir

 

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsi üzrə məktəbində 1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli çıxış edib.

 

Sonra BXA-nın tam orta, orta ixtisasbakalavriat təhsil pillələrinin şagird və tələbələrinin ifasında Laçın xalq mahnısı, Nino Rotanın Mazurka, Fərhad Bədəlbəylinin Prelyudiya, Tofiq Quliyevin Yaylıqlarla rəqs əsərləri, Flamenqo ispan xalq rəqsi, özbək rəqsi, Buratino və digər rəqslər ifa olunub.

 

Tədbirin sonunda İkinci Qarabağ müharibəsində qazanılmış Zəfər xalqımızın qəhrəmanlıq salnaməsidir mövzusunda Ən yaxşı təqdimat müsabiqəsinin qalibləri olmuş tam orta təhsil pilləsinin şagirdləri diplom və hədiyyələrlə mükafatlandırılıb.

 

Həmçinin Şuşa şəhərində keçirilmiş Xarıbülbül musiqi festivalında fəal iştirakına görə BXA-nın müəllimləri Əməkdar artist Eteri Cəfərova, Viktoriya ŞahmuradovaFidan Ramazanovaya təşəkkürnamələr təqdim olunub.

 

Mədəniyyət.- 2021.- 4 iyun.- S.2.