Şəki məktəblilərinin uğur sorağı

 

Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdləri Azərbaycan Gənclər İttifaqı İctimai Birliyinin keçirdiyi Art Olimpia 2021 beynəlxalq onlayn incəsənət müsabiqəsində uğur qazanıblar. Aişə Fətəliyeva (VII sinif), Nübar Əbdürəhmanova (IV sinif) və Melisa Məcidova (III sinif) öz yaş qrupları üzrə 1-ci, Aylin Bağırova (III sinif) və Fatimə Hacıyeva (I sinif) isə öz yaş qruplarında 3-cü yerlərə layiq görülüblər.

 

Məktəbin şagirdləri Rusiyanın Voloqda şəhərində keçirilən MuzArt II beynəlxalq onlayn incəsənət müsabiqəsində də müvəffəqiyyət əldə ediblər. Sona Həsənli müsabiqənin I dərəcəli laureat, Aylin Bağırova III dərəcəli laureat, Aişə Fətəliyeva, Aysel Cəlallı, Jalə İsmayılova və Şəmsiyyə Əsgərli müsabiqənin diplomantı adına layiq görülüblər.

 

Şəki şəhər Uşaq incəsənət məktəbinin Fortepiano şöbəsinin şagirdləri Pakizə Cəfərquliyeva və Aysu Teymurova Böyük Britaniyada keçirilən beynəlxalq onlayn musiqi müsabiqəsində II dərəcəli laureat adına layiq görülüblər. Rəssamlıq şöbəsinin şagirdləri Səmra Abdulhəmidzadə və Məryəm Şirinova isə Art Olimpia 2021 müsabiqəsində müvafiq olaraq 1-ci və 2-ci yerləri qazanıblar.

 

Məktəbin uğurları bununla bitmir. İtaliyada keçirilən Future Stars 2021 (Gələcəyin ulduzları) beynəlxalq onlayn müsabiqəsində Fortepiano şöbəsinin şagirdləri Jalə Qazıyeva 1-ci, Akif Həmidzadə və Aysu Teymurova 2-ci yerləri tutublar.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2021.- 4 iyun.- S.5.