Üç alov festivalına yekun vurulub

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü təşkilatçılığı ilə keçirilən Üç alov uşaq gənclərin onlayn II Beynəlxalq folklor, klassik müasir yaradıcılıq festivalına yekun vurulub.

 

Pandemiya ilə əlaqədar ikinci ildir onlayn platformada keçirilən festivalın əsas məqsədi ənənəvi, folklor, klassik, müasir incəsənətin müxtəlif istiqamətləri üzrə uşaq gənclərin təşviq edilməsi, xarici ölkələrin kollektivləri ilə yaradıcılıq nailiyyətlərinin mübadiləsi, istedadlı perspektivli uşaq gənclərin aşkara çıxarılmasıdır. Festivalın onlayn formatda keçirilən qala-konsertində Azərbaycan, ABŞ, Fransa, Kanada, Moldova, Rusiya, Belarus Özbəkistan təmsilçiləri çıxış ediblər.

 

Dörd yaş qrupu üç nominasiya üzrə təşkil olunan festivala respublikamızın ümumtəhsil məktəblərinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri, rəqs kollektivləri, rəqqaslar, musiqiçilər daxil olmaqla ümumilikdə 700 uşaq gənc müraciət edib.

 

Münsiflər heyətində baletmeysterlər, xoreoqraflar, vokal instrumental ifaçılıq üzrə müəllimlər təmsil olunub.

 

İyunun 1-də festivalın final mərhələsi sosial şəbəkələrdə yayımlanıb və müxtəlif ölkələrdən nümayəndələr canlı yayıma qoşulublar. Münsiflər heyəti tərəfindən festivala təqdim olunan ifalar üzrə 700 iştirakçı arasından 208 nəfər seçilib. Onlardan 147 nəfər I, II, III yerlərə, 61 nəfər həvəsləndirici yerlərə layiq görülüb. Festivalın Qran-pri mükafatını isə Səməd Əlizadə qazanıb. Qaliblər diplom, bütün iştirakçılar sertifikatlarla təltif olunub.

 

Mədəniyyət.- 2021.- 4 iyun.- S.7.